24 Mart 2020 11:43
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabulda ötən il törədilmiş oğurluq əməlinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, ötən ilin oktyabr ayında Hacıqabul rayon sakini Yusif Əhmədov Hacıqabul rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus konteynerdən ümumi dəyəri 3000 manat olan paltarların naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar cinayət işi başlanılıb, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq tədbirlər görülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum edilmiş 1990-cı il təvəllüdlü Şəhriyar Xakipur saxlanılıb və daha bir nəfərin isə kimliyi müəyyən edilib.

Paltarların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər