24 Mart 12:45

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr haqqında məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.


Müəllif: Hacı Zeynalov