29 Sentyabr 2014 11:00
3 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda külli miqdarda narkotik vasitə aşkar olunub. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, narkotiklə bağlı əməliyyatı Nizami Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Narkotiklərlə Mübarizə Bölməsi və 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilib.

Əməliyyat tədbirləri nəticəsində Keşlə qəsəbə sakini Vladimir Valeriyeviç tutulub. Ondan 0,094 qram heroin, 6.12 qram marixuana, yaşadığı evdən isə 8 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Hacı Zeynalov


Müəllif: