Rusiyanın paytaxtı Moskvada uşaq meydançalarından birində futbol oynayan 10 yaşlı uşaq güllələnib.
Teleqraf.com xəbər verir ki, ilkin məlumata görə, məktəbli oğlana Daşkənd küçəsində futbol oynayarkən travmatik silahdan atəş açıblar. Şahidlər təcili yardım çağırıblar. Uşaq sinə yaralanması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Polis araşdırmalara başlayıb.