Bakının Nizami rayonunda qadın bir qrup kişinin hücumuna məruz qalıb.bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Çobanzadə küçəsində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan 3 nəfər Bakı şəhər sakini Şəlalə Əmirovayua hücum ediblər. Onlar qadını döyərək əl çantasını oğurlayıblar.
Şəlalə Əmirova quldurluqla üzləşməsi ilə bağlı 24-cü polis bölməsinə şikayət edib. O, bildirib ki, içərisində 20 manatı olan çantasını əlindən alıblar. Onun şikayəti əsasında əməliyyat qrupu yaradılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Emin Qasımov, Taleh Tahirov və Nicat Atababayev tutulublar.
Hacı Zeynalov