29 Sentyabr 2014 15:20
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda bir gündə ölümlə nəticələnən iki yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisələrdən biri rayonunun Basqal kəndində qeydə alınıb. Xaçmaz rayon sakini Anar Mustafayev idarə etdiyi “VAZ-21093” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Sürücü hadisə yerində ölüb, 4 sərnişini xəstəxanaya yerləşdirilib.

İsmayıllı rayonunda daha bir yol nəqliyyat hadisəsi baş verib. İsmayıllı sakinləri Ağakərim Dəmirovun idarə etdiyi “Hyundai” və Anar Fətullayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Hər iki sürücü və A.Fətullayevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: