6 Aprel 2020 09:33
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusarda anasını boğazını kəsən 1995-ci il təvəllüdlü Nail Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com-un xəbərinə görə, Qusar rayon Məhkəməsində hakim Rafiq Kazımovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanının təqdimatı təmin olunub.

Nail Əhmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, hadisə martın 29-u gecə saatlarında Qusar rayonunun Xurel kəndin qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Nail Əhmədov anası, 1971-ci il təvəllüdlü Maisə Əhmədovanın boğazını kəsərək, qətlə yetirib.

Hadisəni törədən Nail Əhmədov sonradan qaçaraq gizlənib.

Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Nail Əhmədov həmin kənddə yaşayan əmisinin həyətindəki tövlənin damından tapılıb.

Maisə Əhmədova ilə oğlu arasında mübahisə pul üstündə düşüb. Maisə Əhmədova həyətində saxladığı dananı satıb, oğlunun da bundan xəbəri olub.

Nail Əhmədovun narkotik maddə istifadəçisi olduğu deyilir.

İstintaq orqanı tərəfindən Nail Əhmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda Qusar rayon Prokurorluğunda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər