6 Aprel 2020 16:38
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bir neçə rayonunda polis narkotik alverçikərinin həbs edilməsi, oğurluq və soyğunçuluq cinayətlərinin üstünün açılması istiqamətində əməliyyat tədbirləri keçirib.

Teleqraf.com xəbər verir ki, Yevlax rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 444 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Qazax rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xocavənd rayon sakini İ.Nəsibov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 410 qram marixuana aşkar edilib.

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyevdən 20 ədəd “Tramadol” və 20 ədəd “Metadon” həbləri götürülüb.

Bundan başqa, Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmmədovanın 274 manat pulunu və mobil telefonunu, habelə G.Əjdərinin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.İsmayılov saxlanılıb.

Abşeron rayon polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 100 metr elektrik naqili, noutbuk, kombi aparatı və su mühərriki oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Fərmanov tutulub.


Müəllif: Hacı Zeynalov