23 Aprel 2020 11:09
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayon polis şöbəsinə şəhər ərazisində evlərin birindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları hadisə yerinə baxış keçirib, zərərçəkmişə məxsus evdən 2 ədəd televizor və müxtəlif spirtli içkilərin oğurlandığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin əvvəllər məhkum olunan Zaqatala rayonu, Danaçı kənd sakini 23 yaşlı Hacımurad Adamov və 26 yaşlı Şamaxı rayon sakini Baloğlan Xankişiyev olduğu müəyyən edilib.

Onların hər ikisi tutularaq istintaqa təhvil verilib. Oğurladıqları televizorlar satdıqları şəxsdən, spirtli içkilər isə özlərindən maddi sübut kimi götürülüb.

Faktla bağlı həmin şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər