Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda tətbiq olunan gücləndirilmiş karantin rejiminə əməl edilməsinə nəzarət tədbirləri regionlarda da davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bölgələrdə karantin rejiminə əməl etməyən vətəndaşlar barəsində qanuna uyğun tədbirlər görülür.
Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gün ərzində mütəmadi reydlər keçirir və karantin qaydalarına riayət etməyənləri inzibati qaydada cərimə edirlər.
Qeyd edək ki, təkcə bu gün ərzində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq ediblər, 1 nəfər barəsində isə məhkəmə qərarı ilə inzibati həbs tətbiq olunub.
Hazırda polis şöbəsinin əməkdaşları xidmətlərini gücləndirilmiş iş rejimində davam etdirir.