Publika.az-ın kommersant.ru saytına istinadən verdiyi məlumata görə, icra başçısı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. İddia olunur ki, Q. Qurbanov 2009-2013-cü illər ərzində dövlətin balansında olan 58 hektar torpaq sahəsini qeyri-qanuni olaraq vətəndaşlara icarəyə verib.
Qeyd edək ki, Q.Qurbanovun saxlanılması gözlənilən idi. Belə ki, bu il iyulun 23-də Dağıstan rəhbəri Ramazan Abdulatipov dövlət televiziyası ilə çıxış edərək Qurban Qurbanovu istefaya çağırıb. Buna etiraz olaraq 1000-ə yaxın azərbaycanlı icra hakimiyyəti binasının qarşısına toplaşaraq etiraz aksiyası keçirib. Q. Qurbanov “mənə 47 min insan səs verib, mənim istefa vermək fikrim yoxdur”, deyə cavab vermişdi.
Ardınca avqustun 8-də Dağıstan Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin maskalı əməkdaşları Dərbənd Rayon İcra Hakimiyyətinin binasına basqın edib. Əməliyyat zamanı son 7 ilin bütün sənədləri müsadirə edilib.
Avqustun 11-də isə Dağıstan Hesablama Palatası icra hakimiyyətinə gələrək Qurban Qurbanovun fəaliyyətini araşdırmağa başlayıb.