İsmayıllı rayonunda baba və nənəsini öldürməkdə öldürən şəxsə ittiham olunan Vüsal Qədirovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com-un xəbərinə görə, İsmayıllı rayon Məhkəməsində hakim Rəfayel Şirinovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Vüsal Qədirovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, mayın 9-da saat 10 radələrində İsmayıllı rayonunun Bizlan kəndində 82 yaşlı Zakir Tapdıqovun və arvadı 66 yaşlı Zərinə Məmmədovanın küt alətlə qətlə yetirilmiş meyitlərinin yaşadıqları evdə tapılması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kənd sakini Vüsal Qədirov polis əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində saxlanılıb.
Araşdırmalarla onun 1 gün əvvəl babası Zakir Tapdıqovu və nənəsi Zərinə Məmmədovanı qətlə yetirdikdən sonra qardaşı Ş.Qədirova tüfəngdən atəş açması, sonra isə onun evini yandırması da müəyyən edilib.
Qeyd edək ki, hadisə mülk üstündə yaranan mübahisə zəminində baş verib.
İstintaq orqanı tərəfindən Vüsal Qədərovun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham elan edilib.
Hazırda Vüsal Qədirovun barəsində İsmayıllı rayon Prokurorluğunda istintaq-əməliyyat tədbirləri davam etdirilir.