Zərdab rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Məmmədqasımlı kəndində yerləşən çayxanada 1990-cı il təvəllüdlü Cavid Əhmədzadə orada olan həmkəndlisi, 1980-cı il təvəllüdlü Sübhü Eyvazovu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Hadisəni törədən Cavid Əhmədzadə həbs edilib.
Məlum olub ki, hadisə vaxtı çayxanaya gələn Cavid Əhmədzadə orada nalayiq hərəkətlər edib. Onun bu hərəkətlərinə Sübhü Eyvazov iradını bildirib.
Bu zaman qanlı hadisə baş verib.
Faktla bağlı cinayət işi başlanıb.