Mingəşevir şəhərində silahlı insident törətməkdə təqsirli bilinən daha bir nəfər həbs edilib.
Teleqraf.com-un xəbərinə görə, qohumunu öldürməyə cəhd etməkdə şübhəli bilinə Ülvi İsmayılov həbs olunaraq istintaqa təhvil verilib.
O, dostu Elsevər Quliyevlə birlikdə Mirgəçevir şəhər sakini Ziyad Mirzəyevi öldürməyə cəhd etməkdə təqsirli bilinib.
Hadisədən dərhal sonra Elsevər Quliyev həbs edilsə də, cinayətin digər iştirakçısı axtarılırdı.
İttihama görə, bu ilin yanvarın 20-də 1995-ci il təvəllüdlü Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Aparılmış araşdırmalarla 1996-cı il təvəllüdlü Elsevər Quliyevin yanvarın 20-i saat 18 radələrində Mingəçevir şəhəri ərazisində magistral yol ilə hərəkətdə olarkən idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Vaz 2107 markalı avtomobilin qarşısını kəsib avtomobildən düşərək əlindəki odlu silahdan atəş açaraq sərnişin qismində gedən Ziyad Mirzəyevə şəxsi münasibətlər zəminində ağır dərəcəli bədən xəsarətləri yetirməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elsevər Quliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Elsevər Quliyevin barəsində yanvarı 21-də Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbirti seçilib.
Mingəçevir şəhər Prokurorluğunda aparılan istintaq araşdırması zamanı cinayətin digər iştirakçısı Ülvi İsmayılov da müəyyən olunub.
Bu günlərdə yenidən Mingəçrvir şəhər Məhkəməsinə müraciət edən istintaq orqanı hər iki təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinni uzadılmasını istəyib.
Hakim Hüseyn Mirzəliyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanın təqdimatı təmin olunub.
Hər iki təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin müddəti daha 1 aya qədər artırılıb.
İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
İstintaq davam edir.