18 May 2020 16:44
2 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəzifə səalhiyyətlərini aşmaqda və rüşvət almaqda ittiham olunan Dövlət Sərhəd Xidmətinin həbs edilən polkovniki Elçin Vəliyevin vəkili Bakı Hərbi Məhkəməsinə vəsatət verib.

Teleqraf.com-un xəbərinə görə, Elçin Vəliyevin müdafiəçisi onun barəsində seçilmiş həbs qətimkan tədbiriin dəyişdirilməsini istəyib.

Vəsatət araşdırılması üçün hakim Camal Ramazanovun icraatına verilib.

Vəsatətə mayın 19-da baxılacaq.

Qeyd edək ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Əfqan Nağıyev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) mddələri ilə ittiham olunur.

Digər qəsirli bilinən zabitlər - Samiq Əzizov, Müzəffər Namazov, Nemət Pənahov, Sakit Muradov, Elçin Vəliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) mddələri ilə ittiham elan olunub.

Digər təqsirləndirilən Xalis Quliyevə isə Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, Əfqan Nağıyevdən başqa saxlanılanlar Sahil Mühafizə Xidmətinin Şimal, Cənub, Mərkəz regional idarələrinin və Pirallahı məntəqəsinin rəisləridir.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər