Bakıda polis oğurluq faktlarının üstünün açılması üçün əməliyyat tədbirləri keçirib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 8-də K.Qarayevin “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Məmmədov saxlanılıb.
Onun mayın 14-də rayon ərazisindəki mağazaların birindən 2700 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.
Bundan başqa, Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 5-də rayon ərazisindəki mağazaların birindən 235 manat pul, 2000 manat dəyərində planşet, müşahidə kamerası və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini M.Musayev saxlanılıb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.