22 May 2020 15:28
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda tələbənin qətlində ittiham olunan Əliməmməd Əliməmmədovun barəsidə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Teleqraf.cim-un xəbərinə görə, Zaqatala rayon Məhkəməsində hakim Tural Həsənovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Əliməmməd Əliməmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, mayın 14-də, axşam saatlarında rayonun Mosul kəndi ərazisindəki idman meydançasında kənd sakini, 16 yaşlı Əliməmməd Əliməmmədov həmyerlisi, 18 yaşlı İlyas İlyasovu arasında şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

Hadisədən sonra Əliməmməd Əliməmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisəni törətməkdə şübhəli sayılan Əliməmməd Əliməmmədov Mosul kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Qətlə yetirilən İlyas İlyasov isə Gürcüstan Respublikasındakı ali təhsil ocaqlarından birinin birinci kurs tələbəsidir.

Əliməmməd Məmmədov törətdiyi əməldən peşman olduğunu deyib.

İstintaq orqanı tərəfindən Əliməmməd Əliməmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Zaqatala rayon Prokurorluğunda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər