Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq törətməkdə şübhəli bilinən paytaxt sakinləri R.Hacıyev, G.Bayramov və A.Səfərov saxlanılıblar.
Onların mayın 24-də Bakı şəhər sakini olan bir nəfərin 170 manat pulunu, mobil telefonunu və qızıl boyunbağısını quldurluq yolu ilə almaları müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanıb.