1 İyun 2020 13:50
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Masallı rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qızılağac kənd sakini, əvvəllər məhkum olunmuş R.Nəsirov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun “Toyota” markalı avtomobilindən marixuana, metamfetamin, heroin, evindən isə əlavə olaraq 435 qrama yaxın heroin və 164 qrama yaxın metamfetamin aşkar edilib.

Bundan başqa, Bərdə rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Bədəlov idarə etdiyi “VAZ-2106” markalı avtomobildə sərnişini Soğanverdilər kənd sakini, əvvəllər məhkum olunmuş İ.Bədəlovla birgə Kətəlparaq kəndi ərazisində saxlanılıblar.

Şəxsi axtarış zamanı Q.Bədəlovdan və İ.Bədəlovdan ümumilikdə 12 qrama yaxın, avtomobildən isə 590 qrama yaxın marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat tədbirləi ilə İ.Bədəlovun evindən isə 855 qram marixuana aşkar edilərək götürülüb.

Daha bir əməliyyat Ağsu rayonunda keçirilib.

Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ərəbmehtibəy kəndi ərazisində 2 hektar sahədə yabanı halda bitmiş, çəkisi 1 ton olan 2600 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.


Müəllif: Hacı Zeynalov