Gəncə şəhərində 22 yaşlı gənci öldürməyə cəhd etməkdə ittihamm olunan Elnur Qəmbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 2-nə təyin olunub.
İttihama görə, Gəncə şəhəri, Nəriman Nərimanov prospektində Elnur Qəmbərov 1997-cü il təvəllüdlü Əıi Zalova ürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Əli Zalova xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatıbı xilas etmək mümkün olub.
Hadisəni törədən Elnur Qəmbərov həbs edilib. İstintaq orqanı tərəfindən Elnur Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.