3 İyun 2020 08:45
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovun bıçaqlamaqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Abutalıb Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindən hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 9-na təyin olunub.

İttihama görə, hadisə ötən il noyabrın 10-da Pirallahı rayonu Xanlar 29 ünvanında baş verib.

Belə ki, Abutalıb Hüseynov 1989-cu il təvəllüdlü Xose Bernardo və onun qardaşı, 1988-ci il təvəllüdlü Rafael Hüseynovu mübahisə zəminində bıçaqlayıb.

Yaralıların hər ikisi 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rafael Hüseynov isə əməliyyat olunub.

Pirallahı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş Abutalıb Hüseynov saxlanılıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib.

İstintaq orqanı tərəfindən Abutalıb Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər