6 İyun 2020 14:40
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində narkotiklələ bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Gəncə dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 2 kiloqram 380 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb .


Müəllif: Hacı Zeynalov