12 İyun 2020 10:26
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Həsən Rəhimlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.

Daha sonra ifadə verən Həsən Rəhimli özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib, törətdiyi əməldən peşman olduğunu deyib.

Növbəti proses iyunun 22-nə təyin olunub.

İttihama görə, bu ilin yanvarın 1-də Nərimanov rayonu ərazisində “Aristokrat” tibb mərkəzində gözətçi işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə polisə məlumat daxil olub.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini, "Aristokrat" klinikanın sahibinin oğlu, 31 yaşlı Həsən Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Həsən Rəhimli tutulub.

Istintaq orqanı tərəfindən Həsən Rəhimlinin barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər