Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə idmançı Kamil Zeynallının avtomobil yolunda polisin yanında digər sürücü ilə dava etməsi ilə bağlı yayılan görüntülərinə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Bakı-Şamaxı yolununda yerləşən karantin postunda qeydə alınıb:
“Hadisə zamanı Kamil Zeynallı digər sürücü ilə yol üstündə bir-biri ilə dava ediblər. Ərazidə olan polis əməkdaşları da onları saxlayaraq, aidiyyəti üzə polis bölməsinə gətiriblər. Polis bölməsində həmin şəxslərin izahatları alınaraq, sərbəst buraxılıb.
Araşdırmalar davam etdirilir. Nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə K.Zeynallının avtomobil yolunda digər sürücü ilə polisin yanında dava etdiyi barədə görüntülər yayılıb.