Bakıda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com-un məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
1949-cu il təvəllüdlü Zeynalov İbrahim Aslan oğlu yaşadığı mənzildə özünə bıçaq xəsarətləri yetirib.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.