Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.ccom xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da şəhər ərazisindəki evlərin birindən 200 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuşlar – R.İsmayılov və T.Hacıyev saxlanılıblar.
Ətraflarında aparılmış tədbirlərlə onların daha 3 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları, habelə 1 evdən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.