30 İyun 2020 11:52
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda iki nəfərin qətlində ittiham olunan Sakit Hacıyev və onun qardaşı Anar Hacıyevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Natavan Tağıyevanın sədrliyi ilə baş tutan iclasda istintaq orqanının təqdimatı təmin olunub.

Hər iki təqsirləndirilən şəxsbarəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 aya qədər artırılıb.

İttihama görə, bu il martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilən meyitlərinin tapılmaları barədə Daxili İşlər Nazirliyinin “102” Zəng mərkəzinə məlumatlar daxil olub.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin münaqişə zəminində Zərnişan Hacıyevanın əri Anar Hacıyev və onun qardaşı Sakit Hacıyev tərəfindən törədilməsi müəyyən edilib.

Sakit Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Daha sonar keçirilən əməliyyat nəticəsində digər şübhəli şəxs tutulub.

Qətl hadisənini qisqanclıq zəminində törədildiyi məlum olub.

İstintaq orqanı tərəfindən Anar Hacıyev və Sakit Hacıyevin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elan edilib.

Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər