9 İyul 2020 09:12
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını bıçaqlamaqda ittiham olunan Ziyad Ələsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Kristina Ələsgərova yaşadığı evdə bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Sabunçu şəhər Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni Kristina Ələsgərovanın həyat yoldaşı Ziyad Ələsgərov tərəfindən törədildiyi məlum olub. O, həbs edilib.

Ziyad Ələsgərov ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib. O, hadisənin ailə münaqişəsi zəminində törətdiyini deyib.

İstintaq orqanı tərəfindən Ziyad Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər