Gədəbəy rayonunun Qurudərə kəndi ərazisində qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 1988-ci təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu Dəyirman Dağı kəndinin sakini, 58 yaşlı İsgəndərova Sənubər Hüseyn qızını döyərək ona bıçaq xəsarətləri yetirib.
Daha sonra qadının həyat yoldaşı, Qurudərə kənd sakini, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğlunu bıçaqlayaraq qətlə yetirib.
Yaralı qadın öncə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Hadisəni törədən, mərhumun qardaşı oğlu artıq polis tərəfindən saxlanılıb
Faktla bağlı araşdırma aparılır.