Bakı-İstanbul aviareysilə Türkiyəyə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Türkiyə Respublikasının vətəndaşı Oğuz Akifin əl yükünə gömrük baxışı zamanı ona məxsus çantadan 68 ədəd qədim sikkə aşkar edilərək götürülüb.
Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin mətbut xidmətindən məlumat verilib.
Məlumata görə, həmin predmetlər tədqiqat məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyinə göndərilib və muzeyin ekspert rəyinə əsasən, 68 ədəd sikkə orta əsrlərə (XIII-XVII) aid olub, həmin dövr Azərbaycan dövlətçiliyinin pul vahididir və arxeoloji qazıntılarda aşkar edilib. Həmin əşyalar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilib və onların Azərbaycan Respublikasının ərazisindən aparılmasına icazə verilmir.
Naibə Qurbanova