Bakıda karantin rejimini pozan daha iki nəfərin barəsində cinayət işi başlanıb.
Teleqraf.com-un xəbərinə görə, istintaq orqanı tərəfindən Pərvin Tatarov və İmran Qəhrəmanovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.
Hər iki şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi istintaq orqanı tərəfindən üçün Nərimanov rayon Məhkəməsinə təqdimat göndərilib.
Təqdimata hakim Vüsal Qurbanovun sədrliyi ilə yaxın vaxtlarda baxılacaq.