Bakıda dələduzluqda ittiham edilən Mərhəmət Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Azad Məcidovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, “Mars-M” firmasının rəhbəri Mərhəmət Bəşirov paytaxtda hündür mərtəbəli binaların tikintisi ilə məşğul olub.
Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, Mərhəmət Başirovun atası Bəşir Bəşirov Azərbaycan Texniki Universitetinin prorektoru olub.