18 İyul 2020 10:18
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qız qaçırmaqda ittiham olunan Əsgər Mehdiyev, Elçin Quliyev və Zaur Aslanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Fikrət Qəribovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin martın 1-də, saat 12.40-da Binəqədi şosesində üç gənc oğlan 34 yaşlı G. M.-ovanı zorla “Mersedes” markalı avtomobilə mindiriblər.

Onlar qızı Ağdam rayonuna aparmağı planlaşdırıblar, lakin Dövlət Yol Polisinin Nəvai postunda əməliyyatçılar tərəfindən tutulublar.

Saxlanılan şəxslər Ağdam rayon sakinləri 37 yaşlı Zaur Aslanov, 28 yaşlı Əsgər Mehdiyev və 33 yaşlı Elçin Quliyevdir.

Bu planı Əsgər Mehdiyev qurub. O, qızı evlənmək məqsədilə qaçırıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər