Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naftalan şəhər sakini E.Şirəliyevin və Yevlax rayon sakini R.Bayramov həbs ediliblər.
Onun paytaxtın Nizami rayonu ərazisində kirəyədə yaşadıqları mənzilə baxış zamanı oradan “STRAŞ RS-22” markalı tapança, 20 ədəd patron və 180 qrama yaxın marixuana aşkar edilib.
Bundan başqa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Hövsan qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qəsəbə sakini A.Rəhimov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan çəkisi 2 kiloqram 535 qram marixuana götürülüb.