24 İyul 2020 18:41
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində ermənilərlə azərbaycanlılar arasında baş vermiş kütləvi dava ilə bağlı cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin xuliqanlıq və soyğunçuluq maddələri üzrə cinayət işi başladılıb.

Ümumilikdə 25 nəfər saxlanılıb.

Dava dünən gecə Lyublinoda olub. Polisdən iğtişaşlarda iştirak edənlərə 5 il müddətinə Rusiyaya giriş qadağasının qoyula biləcəyi xəbərdarlığı edilib.

Daha əvvəl ermənilərin Moskvada azərbaycanlıya məxsus restoranda iğtişaş törətdiyi bildirilmişdi.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər