Şirvan şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Şirvan şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat pul, 300 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.