20 Avqust 2020 12:08
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Tacəddin Novruzov və Natiq Kərimovun barəsində 4 ay müddətinə həbs qqətimkan tədbiri seçilib.

Kürdəmir rayon İcra Haki miyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov Baş prokuror yanında Korupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Tacəddin Novruzov və Natiq Kərimovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər