20 Avqust 2020 21:09
4 892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun cənazəsi ailəsinə təhvil verilib.

Teleqraf.com xəbər verir ki, "Lotu Quli"nin xeyli sayda tanışı morqun önünə gəlib.

Türkiyə mətbuatı cənazənin İstanbula aparılıb orada dəfn ediləcəyini yazsa da, "qanuni oğru"nun Bakıda, Bakıxanov qəbiristanlığında torpağa tapşırılacağına dair məlumatlar var.

Nadir Səlifovun cənazəsini almaq üçün üçün Türkiyəyə gələn əmisi oğlu Bəxtiyar Muradov jurnalistlərə açıqlamasında baş vermiş hadisə ilə bağlı üzgün olduğunu deyib: "Çox xain hücumdur. Türkiyə dövləti mütləq caniləri tapacaq. Artıq söz danışmaq istəmirəm. Sürücü də, vuran da saxlanılıb".

Qeyd edək ki, N.Səlifov ötən gecə Antalyanın Serik qəsəbəsində yerləşən otelin restoranında şam yeməyi zamanı güllə ilə başından vurulub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxsin "Lotu Quli”nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər