21 Avqust 2020 12:12
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə qətlə yetirilən "Lotu Quli" ləqəbli Nadir Səlifovun yaxın qohumu Bakıda saxlanılıb.

Saxlanılan şəxsin adı Natiq Binnətovdur.

N.Binnətov bir neçə gün əvvəl Xətai rayonunda yerləşən restoranda cinayət törətməyə meyilli bir qrup şəxslə birgə xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edərkən saxlanılıb. Onun və məclis iştirakçılarından daha bir neçə nəfərin üzərindən üzərindən narkotik vasitə çıxıb.

N.Binnətov və daha bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

N.Binnətov əvvəllər də həbsdə olub.

Xatırladaq ki, "Lotu Quli" ləqəbli Nadir Səlifov avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə gülllənərək qətlə yetirilib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər