Bakının Səbail rayonunda azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan Masallı rayon sakini, 1951-ci il təvəllüdlü Fikrət Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Fikrət Mirzəyev nəvəsi yaşayan evdə onun ərinin qohumu olan Cəmilə Səmədovaya (ad və soyad şərti verilib – red.) qarşı əxlaqsız hərəkətlər edib.
İstintaq orqanı Fikrət Mirzəyev barəsində Cinayət Məcəlləsinin 153.2-ci ((on dörd yaşına çatmayan şəxs barəsində əxalaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edib.
Məhkəmədə ifadə verən Fikrət Mirzəyev elan olunmuş ittiham üzrə təqsirli bilməyib. O, qeyd edib ki, zərərçəkmiş Cəmilə Səmədovanı nəvəsi Sahibə ilə Zaminin evli olduqları müddətdə onların evinə gedib-gələndə görüb.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, nəvəsinin həyat yoldaşı Zaminin xahişi ilə onların evində müəyyən elektrik nasazlıqları ilə bağlı təmir işləri görüb: “Təxminən 3-4 il əvvəl Zamin nəvəm Sahibədən ayrıldı. Hazırda Zamin başqa bir qadınla evlidir. Bizim qohum olduğumuz müddətdə Zamingilə gedəndə Cəmilə azyaşlı balaca qız olduğu üçün onun üzündən öpmüşəm. Lakin heç bir vaxt ona qarşı ehtiras hissi ilə əxlaqsız hərəkətlər etməmişəm”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Cəmilə Səmədova bildirib ki, onun valideynləri də məhkəmə qaydasında ayrılıblar: “Məhkəmə prosesində anamı istədiyim üçün onunla qaldım. Təxminən 2019-cu ilin sentyabr ayında anam mənə baxa bilmədiyi üçün Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya müəssisəsinə gətirildim. Rəhbərlik tərəfindən həmin müəssisəyə qeydiyyata alındım və orada yaşadım.
Müəssisədə olan müddət ərzində sosial-psixoloji reabilitasiya işləri üzrə xanım psixoloqla hərdən söhbətlər etdim. Söhbət zamanı keçmiş həyatımda olan cinsi zorakılığa məruz qalmağımla bağlı hadisələri ona danışdım. Anamla birlikdə dayım Zaminin evində qalan vaxtlar onun evinə tez-tez qohumu olan Fikrət adlı şəxs gəlib-gedirdi.
Fikrət Zaminin evində elektriklə bağlı nasazlıq olanda gəlib təmir işləri görürdü”.
Azyaşlının sözlərinə görə, bir gün Fikrət gələndə o, evdə tək olub: “Həmin vaxt Fikrət məndən xoşu gəldiyini bildirdi, mənimlə yaxınlıq etdi. Dodaqlarımdan, boynumdan, sinəmdən öpməyə başladı. Sonra əynimdə olan paltarlarımın hamısını soyundurdu. Özü isə tək şalvarını aşağı çəkdi. Mənə qarşı əxlaqsız hərəkətlər etməyə başladı. Sonra anamla qaldığım yataq otağında stolun üstünə çıxardı. Mənə qarşı seksual hərəkətlər etməyə başladı”.
Azyaşlının ifadəsinə görə, təqsirləndirilən şəxs ona qarşı əxlaqsız hərəkətlər etmək üçün hər hansı zor tətbiq etməyib, eyni zamanda ona hədə-qorxu gəlməyib: “Anamla birlikdə dayım Zaminin evində qaldığım müddət Sahibə ilə evli olub. Lakin sonradan onların ayrıldıqlarını eşitdim. Daha sonra dayım Əminə adlı qadınla ailə qurduğunu öyrəndim”.
Cəmilə Səmədova qeyd edib ki, təqsirləndirilən şəxs təxminən 2015-ci ilin əvvəllərində dayısı Zamingilə gəlib-gedəndə ona qarşı əxlaqsız hərəkətlər edib: “Həmin vaxt yaşım çox az olduğundan Fikrətin mənə qarşı etdiyi hərəkətlərin mahiyyətini dərk etməmişəm. Ona görə də bu barədə heç kəsə heç bir söz deməmişəm. Fikrət mənə əxlaqsız hərəkətləri edəndə evdə ikimizdən başqa heç kəs olmayıb”.
Cinayət işi üzrə sığnacağın psixoloqu şahid qismində ifadə verib. O, bildirib ki, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya müəssisəsində işləyir: “Cəmilə 2019-cu il tarixdə Səbail rayon İcra Hakimiyyəti tərəfindən kimsəsiz və baxımsız kimi müəssisəyə gətirilib. Həmin gündən sonra müəssisədə rəsmi qeydiyyata alınıb.
Zərərçəkmiş şəxslə dəfələrlə aparılmış psixoloji söhbətlər zamanı o, dayısı Zaminin evində anası ilə birlikdə yaşadığı müddətdə dayısının Fikrət adlı qohumunun ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib. Cəmilə ilə dəfələrlə apardığım psixoloji söhbətlər zamanı hər dəfə eyni şeyi danışdı və bu barədə müəssisənin rəhbərliyinə məruzə elədim. Rəhbərlik Cəmilənin cinsi zorakılığa məruz qalması barədə Səbail rayon prokurorluğuna müraciət ünvanlandı”.
Səbail rayon Məhkəməsinin hökmü ilə Firkət Mirzəyev 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib.
Fikrət Mirzəyevin barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs olunub. Onun həbsdə saxlanma müddətinin əvvəli 2020-ci ilin avqustun 18-dən hesablanması qərara alınıb.