Xaçmaz rayonunda gənc oğlan sevdiyi qıza təcavüz edib.
Teleqraf.com xəbər verir ki, Xaçmaz rayon sakini Raman Mustafayev sevdiyi qızı qaçırıb.
Qızı zorla qaçıran Raman Mustafayev onunla cinsi əlaqədə olub. Daha sonra o, qıza evlənmələri üçün hədə-qorxu gəlib.
Raman Mustafayev qızı öldürməklə hədələyib. Buna baxmayaraq, qız onunla razılaşmayıb.
İstintaq orqanı tərəfindən Raman Mustafayevin barəsində Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.
İstintaq hərəkətləri davam edir.