14 Oktyabr 2014 10:31
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda bağ evindən oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi Türkan qəsəbəsində yerləşən bağ evində qeydə alınıb. Bakı şəhər sakini Cümşüd Məmmədov ərizə ilə Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət edib.

Cümşüd Məmmədov bildirib ki, oktyabrın 6-dan 9-dək Türkan qəsəbəsində yerləşən bağ evindən tikinti materialları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyatttədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs müəyyən edilib. Bu bağda gözətçi işləyən Ağstafa rayon sakini, 1986-cı il təvəllüdlü Ədalət Omarovdur. O, həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər