6 Oktyabr 2020 14:51
3 980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində bıçaqlanma hadisəsi törətməkdə ittiham olunan 2000-ci il təvəllüdlü Ramin Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, 29 avqust 2019-cu il tarixdə saat 21 radələrində Şirvan şəhərində yerləşən “Füzuli” parkında Məhərrəm Ələkbərovun tanışı Ramin Mahmudovu vurması səbəbindən onların arasında mübahisə baş verib.

Mübahisə zamanı Ramin Mahmudov özündə olan bıçaqla Məhərrəm Ələkbərovun sol kürəkaltı nahiyəsinə bir neçə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Ramin Mahmudovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ramin Mahmudov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın daha yüngül cəza ilə əvəz olunmasını istəyib.

Ramin Mahmudovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Kamil Bəşirovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Ramin Mahmudovun şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər