Bakının Nərimanov rayonunda cinayət hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Ağa Nemətulla küçəsində qeydə alınıb. Naməlum şəxs Ülkər Səfərovanı arxadan boğazından tutaraq əli ilə vurub, qulağından xəsarət yetirib.
Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Ruzi Bayramov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov