16 Oktyabr 2014 13:54
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Knyaz Knyazlı və soyuq silah saxlamaqda təqsirli bilinən 1992-ci il təvəllüdlü Yusif Məhərrəmovun məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, ötən il avqustun 30-da Knyaz Knyazlı Bakı sakini Ceyhun Məqsədovu bıçaqlayıb. Hadisə “Xətai” metrostansiyası yaxınlığında baş verib. Yetkinlik yaşına çatmayan Ceyhun Maqsudov xəstəxanaya yerləşdirisə də, hadisədən üç gün sonra ölüb. Yusif Məhərrəmov da hadisənin iştirakçısı olub.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror Knyaz Knyazlının 10 il, Yusif Məhərrəmovun isə 1 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Proses oktyabrın 17-də müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər