17 Oktyabr 2014 15:13
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı İlham Mirzəyevin barəsində çıxarılan hökmdən apelyasiya şikayəti hazırlanır.

Bu barədə Teleqraf.com-a İlham Mirzəyevin vəkili xanlar bayramzadə deyib.

Xanlar Bayramzadə bildirib ki, İlham Mitrzəyevə verilən ittihamlarda cinayətin əsası yoxdur. Onun sözlərinə görə, həmin ittihamlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada həll edilməli idi. Vəkil həmçinin bildirib ki, apelyasiya instansiyasında İlham Mirzəyevə bəraət hökmünün çıxarılmasını tələb edəcəklər.

Qeyd edək ki, İlham Mirzəyev Nərimanov rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İlham Mirzəyev bu ilin aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər