7 Noyabr 2020 14:14
1 869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda adam oğurluğunda təqsirli bilinən Osman Nəcəfov, Asif Abasov, Fərid Abdullayev, Kənan Xəlilov və Amid Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əliövsəd Abasovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, təqsirləndirilən şəxslər bir neçə nəfəri oğurlamaqda, onlara qarşı zorakılıq etməkdə, şantaj yolu ilə pul tələb etməkdə ittiham olunurlar.

Bundan başqa, dəstənin “Layt OİL” MMC-yə silahlı basqın etməsi də müəyyən olunub.

Cinayət işi üzrə Mais Nail oğlu Nəcəfov, onun qardaşı, Rüfət Nail oğlu Nəcəfov və Mais Nəcəfovun oğlu Nail Nəcəfov zərərçəkmiş qismində tanınıblar.

İstintaq orqanı tərəfindən bilinən Osman Nəcəfov, Asif Abasov, Fərid Abdullayev, Kənan Xəlilov və Amid Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci (iki və ya daha çox şəxs barəsində adam oğurluğu törətmək), 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək), 144.2.5-ci (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu törətmək), 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.3-cü (zor tətbiq etmə ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər