Qusarda anasının boğazını kəsən 1995-ci il təvəllüdlü Nail Əhmədov barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə bu ilin martın 29-u gecə saatlarında Qusar rayonunun Xurel kəndin qeydə alınıb. 1995-ci il təvəllüdlü Nail Əhmədov anası, 1971-ci il təvəllüdlü Maisə Əhmədovanın boğazını kəsərək, qətlə yetirib.
Hadisəni törədən Nail Əhmədov sonradan qaçaraq gizlənib. Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Nail Əhmədov həmin kənddə yaşayan əmisinin həyətindəki tövlənin damından tapılıb.
Maisə Əhmədova ilə oğlu arasında mübahisə pul üstündə düşüb. Maisə Əhmədova həyətində saxladığı dananı satıb, oğlunun da bundan xəbəri olub.
Nail Əhmədovun narkotik maddə istifadəçisi olduğu deyilir.
İstintaq orqanı tərəfindən Nail Əhmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.