İmişli rayonunda əxlaqsızlıq yuvası təşkil etməsi və qadınları cinsi istismara məruz qoyulması faktı aşkarlanıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə İmişli rayon sakini Hidayət Salahov tutulub. Onun Biləsuvar-Bəhrəmtəpə yolunda yerləşən kafedə əxlaqsızlıq yuvası təşkil etməsi və qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov