Xaçmaz rayonunda qətl hadisəsi törədən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Ləcət kəndinin meşə zolağında qətlə yetirilənin Xudat şəhər sakini Zamiq Xeyirov olması müəyyən edilib. Onun qətlə yetirən Qusar rayon sakinləri Radik Məmmədov və Nazim Zəkərayev tutulub.
Hacı Zeynalov